İnnovativ Bacarıqlar Mərkəzi İctimai Birliyi
Gənclərin innovativ bacarıqlarını inkişaf etdiririk
Gənclərlə bağlı layihələr təşkil edən ictimai birlik: innovativ bacarıqlar, startap təşəbbüsləri, beynəlxalq təcrübə və gənclərin potensialının üzə çıxarılması.

Haqqımızda
Missiyamız
Birliyin əsas məqsədi Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, gənclərinin innovativ bacarıqlarını inkişaf etdirmək, onların potensialını üzə çıxartmaqdan ibarətdir.
Vəzifələrimiz
Gənclərin innovativ bacarıqlarını inkişaf etdirmək və onlara bu işdə dəstək olmaq
Gənclərin innovativ bacarıqlarını inkişaf etdirərək, Birliyi beyin institutu çərçivəsində inkişaf etdirmək
Gənclərin startap layihələrdə iştirakını təmin etmək
Gənclərin beynəlxalq arenada innovativ bilik və təcrübə imkanlarını genişləndirmək, xarici təcrübə qazandırmaq
Haqqımızda
Fəaliyyət istiqamətləri
Ölkəmizdə müxtəlif sahələrdə çalışan və innovativ layihələrə çıxışı olmayan gənclər üçün ümumi platforma yaratmaq
Azərbaycanda həyata keçirilən çoxtərəfli və çoxsahəli islahatlara dəstək vermək məqsədilə iş dünyası ilə ictimai arena, ali təhsil müəssisələri ilə iş bazarı arasında körpü rolunu oynamaq
Gənc Azərbaycanlı iş adamları və mütəxəssislərin beynəlxalq əlaqələrinin gücləndirilməsinə şərait yaratmaqla ölkəmizə xarici iş adamlarının diqqətini və investisiyalarını cəlb etmək
Azərbaycanda prioritet hesab olunan müxtəlif sahələrə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək
Azərbaycan və dünya miqyasında əhəmiyyətli olan məsələlərlə bağlı milli və beynəlxalq səviyyədə tədbirlər təşkil etmək və digər layihələr həyata keçirmək
Sahibkarlıq fəaliyyəti, məşğulluq — xüsusilə gənclərin məşğulluğu, təhsil və s. sahələrdə beyin mərkəzi institutu olaraq araşdırmalar aparmaq, hesabatlar hazırlamaq, zəruri və faydalı institusional mexanizmlər hazırlamaq
Haqqımızda
Tarixçə
Birlik Gəncə Avropa Gənclər Paytaxtı 2016 İctimai Birliyi adı ilə Gəncə şəhəri 2016-cı il Avropa Gənclər Paytaxtı tituluna namizəd olduğu dövrdə yaradılıb. 2013-cü ildə namizədlik komitəsi kimi kampaniya aparan gənclər Gəncənin bu titula layiq görülməsinə töhfə verdilər — Gəncə Avropa İttifaqına üzv olmayan ölkədən seçilən ilk Avropa Gənclər Paytaxtı oldu.
2015–2016-cı illərdə Birlik «Gəncə — 2016 Avropa Gənclər Paytaxtı» proqramının təşkili və koordinasiyasını həyata keçirdi: könüllülük akademiyası, beynəlxalq foto müsabiqəsi və Avropa şəhərlərində sərgilər, açılış və bağlanış mərasimləri, Avropa Gənclər Festivalı və onlarla digər layihə. Sonrakı illərdə Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası, Avropa Şurası və Erasmus+ dəstəyi ilə yerli və beynəlxalq layihələr davam etdi.
29 sentyabr 2023-cü il tarixli Ümumi Yığıncaqda fəaliyyət sahələrini genişləndirmək, innovativ ideya və layihələrin həyata keçirilməsini sövq etmək məqsədilə missiyada dəyişiklik edildi və Birlik «İnnovativ Bacarıqlar Mərkəzi» İctimai Birliyi adı altında fəaliyyətə başladı.
Birlik Avropa Gənclər Forumunun və Avropa Gənclər Paytaxtları Şəbəkəsinin üzvü olaraq yenilikçi ideyaların həyata keçirilməsini prioritet hesab edir.
Layihələrimiz
Bütün layihələr →
«Performans Zirvədə» — offline e-idman çempionatı
Gəncə-Daşkəsən bölgəsinin ən böyük offline gaming çempionatı: FC25, CS2, Valorant, PUBG Mobile və başqa oyunlar.

«Yaşıl Əlaqələr — Green Connection»
Gəncə-Daşkəsən regionunun gəncləri üçün iqlim dəyişikliyi mövzusunda təlim kursu.

«Gizli bacarıqların inkişafı»
GDU tələbələri üçün komanda quruculuğu, layihələrin idarə edilməsi və tədbirlərin təşkili üzrə üç günlük təlim.

Sosial Media Marketinq (SMM) təlim kursu
Gənclər üçün sıfırdan irəli səviyyəyə qədər 7 dərslik SMM kursu.

«Dayanıqlı Turizmdə Gənclər Şəbəkəsinin Yaradılması üçün Təlim Kursu»
Gənclər üçün dayanıqlı turizm mövzusunda qeyri-formal təhsil metodları ilə təlim və tarixi yerlərə səfər.

KOMPAS — İnsan Hüquqları Təhsili üzrə milli təlim kursu
Avropa Şurasının «Kompas» metodikası ilə Gəncə, Samux və Göygöldə gənclər üçün insan hüquqları təhsili.
Bizimlə əlaqə
Əməkdaşlıq, tərəfdaşlıq və ya layihələrimizdə iştirak barədə yazın.
- E-poçtinnovativ.bm@gmail.com